Gürcüstanın sabiq Baş naziri sabah azadlığa buraxılacaq
Gürcüstanın sabiq Baş naziri sabah azadlığa buraxılacaq
19 Fevral 2020 17:39 DünyaSabah Gürcüstanın sabiq Baş naziri Vano Merabişvili azadlığa buraxılacaq.
APA-nın yerli bürosu xəbər verir ki, 7 illik həbs müddəti başa çatdığı üçün sabiq Baş nazir saxlanıldığı Matrosov həbsxanasından sabah azadlığa buraxılacaq.
Qeyd edək ki, V. Merabişvili 2013-cü ildə vəzifə səlahiyyətlərindən sui-istifadə maddəsi ilə həbs edilib. O, 2011-ci ildə Sandro Qirqvlianinin qətlinə dair dəlilləri gizlətməkdə,
Valeri Gelaşviliyə qarşı fiziki hücumda, Kvariati villasının qarəti və bir sıra digər cinayət halları ilə əlaqəli olmaqda ittiham edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31