2014-cü ildə yoxa çıxan "Boeing" sərnişin təyyarəsi ilə bağlı Avstraliyadan ŞOK AÇIQLAMA

2014-cü ildə yoxa çıxan "Boeing" sərnişin təyyarəsi ilə bağlı Avstraliyadan ŞOK AÇIQLAMA

Avstraliyanın keçmiş Baş naziri Toni Ebbott 2014-cü ildə Malayziyaya məxsus olan və itkin düşən "Boeing" təyyarəsi barədə açıqlama verib.Siyasətçi pilotun intihar etməsi səbəbindən təyyarənin itkin düşdüyünü bildirib. 
Ebbott əlavə edib ki, təyyarədə sərnişinləri olan bütün ölkələr araşdırma aparmalıdırlar. 
Qeyd edək ki, 2014-cü ildə "Malaysia Airlines" şirkətinə məxsus "Boeing 777" sərnişin təyyarəsi Kuala Lumpurdan Pekinə uçub. Havaya qalxdıqdan bir neçə saat sonra təyyarə ilə əlaqə saxlamaq mümkün olmayıb. Təyyarədə 239 sərnişin olub. 
Rəsmi versiyaya əsasən, təyyarə bir neçə saat avtopilot rejimində uçub və okeana düşüb.

Sonxeber.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31