İntim fotolarını yayan arvadından boşandı- FOTO
19 Fevral 2020 16:47 DünyaTürkiyəli aktyor Berk Oktay və vəkil Merve Şarapçıoğlu arasında iki ildir davam edən qalmaqallı boşanma prosesi yekunlaşıb.
M.Şarapçıoğlu sənətçi haqda "Sədaqətsiz biridir, məni döyür" deyərək məhkəməyə müraciət ünvanlayıb. O, aktyordan 500 min lirə təzminat və aylıq 10 min lirə aliment tələb edib. Lakin Merve məhkəmənin rədd cavabı ilə qarşılaşıb.
Məhkəmədən sonra B.Oktay "Boşandığım üçün xoşbəxyəm, xeyirlisi olsun. Gizlilik qərarı davam etdiyi üçün bundan başqa heç nə deyə bilmərəm" deyə, bildirib.
Qeyd edək ki, cütlüyün boşanma prosesi davam edərkən "icloud" hesabları heklənmiş və onların intim fotoları sosial mediada yayılmışdı. Daha sonra fotoları yayanın M.Şarapçıoğlunun özü olduğu ortaya çıxmışdı.

Axşam.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31