Heç kim terrorçulara söz verməyib - Lavrov

Heç kim terrorçulara söz verməyib - Lavrov

Heç kim heç vaxt terrorçulara söz verməyib ki, onlara İdlibdə toxunmayacaqlar.

Bunu Rusiya XİN başçısı Sergey Lavrov deyib.

"Bu barədə Rusiya və Türkiyə prezidentlərinin razılaşmasını oxuyun, hamı öz yerində oturacaq", - Lavrov bildirib.

Rusiya XİN başçısı qeyd edib ki, Moskva İdlib məsələsində Ankara ilə əməkdaşlığı davam etdirəcək.

axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31