Hələbdə son 8 ildə ilk yaşandı
Hələbdə son 8 ildə ilk yaşandı
19 Fevral 2020 14:37 DünyaSuriyanın Hələb şəhərindəki hava limanı 8 ildə ilk dəfə fevralın 19-da sərnişin təyyarəsini qəbul edib.
Bu barədə Suriyanın dövlət agentliyi "SANA" məlumat yayıb.
Layner ölkənin paytaxtı Dəməşqdən Hələbə uçub.
Agentlik təyyarənin bölgədəki terrorçuların ortadan qaldırılması səbəbindən qəbul edildiyini qeyd edib.
Nəqliyyat naziri Ali Hamud hökumət qüvvələrinin Hələb və Suriyanın qalan hissəsini işğalçılardan azad etmək üçün əlindən gələni etdiyini bildirib.
qafqazinfo.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31