Yəməndə daha bir qətliam reallaşdı
19 Fevral 2020 14:30 DünyaSəudiyyə Ərəbistanı liderliyindəki Koalisiya Qüvvələri ölkənin şimalındakı əl-Cuf vilayətinə aviazərbələr endirib.
Bu barədə paytaxt Sənadakı hökumətə tabe olan Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumatda vurğulanır ki, hücum zamanı 35 mülki şəxs həlak olub, 23 nəfər isə yaralanıb.
Faktla bağlı Yəmən Səhiyyə Nazirliyi də açıqlama verib.
Açıqlamada qeyd olunub ki, hücum zamanı ölənlərin əksəriyyəti qadınlardır.
Eastnews.org
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31