Sərnişin insult keçirdi – Təyyarə təcili eniş etdi

Sərnişin insult keçirdi – Təyyarə təcili eniş etdi

Rusiyanın Novosibirsk şəhərindən Moskvaya uçan "Smartavia" Hava Yolları şirkətinə məxsus təyyarə Tümendə sərnişinlərdən birinin səhhətinin pisləşməsi səbəbindən planlaşdırılmamış eniş edib.

Olaylar.az  xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.

Hava yolları şirkətinin mətbuat xidmətindən verilən məlumata görə, Moskva vaxtı ilə saat 07:20-də uçuş idarəetmə mərkəzinə 5N238 nömrəli reysdə bir sərnişinin xəstələndiyini bildirən mesaj gəlib.

Saat 07:49-da təyyarə bu səbəbdən Tümen hava limanında uğurla eniş edib. Bir neçə təcili yardım maşını hava gəmisinin yaxınlığına gətirilib. Həkimlər 59 yaşlı sərnişinə insult diaqnozu qoyublar, o, hazırda xəstəxanadadır.

Təyyarədə ümumilikdə 165 sərnişin olub. Bütün lazımi tədbirlər görüldükdən sonra "Boeing 737" Moskvaya uçub.

teleqraf.com

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31