Avstraliyada iki təyyarə toqquşub, ölənlər var

Avstraliyanın Melburn şəhəri yaxınlığında iki təyyarə toqquşub.

Trend-in "Ren TV"yə istinadən verdiyi məlumata görə, Melburndan 120 kilometr şimalda baş verən insident nəticəsində 4 nəfər həlak olub.

Bildirilir ki, toqquşma 120 metr hündürlükdə baş verib.

Hazırda qəza yerinə polislər tərəfindən baxış keçirilir. Qəzanın səbəbləri araşdırılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31