Qazaxıstanda iki terrorçu saxlanılıb
Qazaxıstanda iki terrorçu saxlanılıb
18 Fevral 2020 17:15 DünyaQazaxıstanın Almaatı şəhərində terror aktı törətmək istəyən iki ekstremist saxlanılıb.
Saxlanılan şəxslərin evlərindən əldə düzəltmə bomba, bomba düzəltmək üçün xüsusi texnika, soyuq və odlu silahlar, telefonlar aşkar edilib. Telefonlarda terror aktının törədiləcəyi yerlərin şəkilləri olub.
Terrorçular cinayətlərini etiraf ediblər.
Xatırladaq ki, yanvar ayında Qazaxıstanın Karaqanda və Taraz şəhərlərində terror aktı törətmək istəyən beş nəfər təhlükəsizlik qüvvələri tərəfindən saxlanılmışdı
XALQQAZETİ.COM
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31