Paraqvayda fövqəladə vəziyyət tətbiq edilib
Paraqvayda fövqəladə vəziyyət tətbiq edilib
18 Fevral 2020 14:58 DünyaParaqvay parlamenti denqe epidemiyasına görə ölkədə fövqəladə vəziyyət tətbiq edilməsinə razılıq verib.
Bu barədə deputatlardan biri deyib.
Bildirilib ki, növbədənkənar iclasda deputatlar palatası denqe epidemiyasına görə fövqəladə epidemioloji vəziyyəti tətbiq edən qanun layihəsini təsdiqləyib.
Bundan əvvəl də oxşar qərar ölkə Senatı tərəfindən verilmişdi.
90 gün davam edəcək bu tədbir, xəstəliklə mübarizə üçün büdcədən və müxtəlif fondlardan daha çox vəsaitin yönəldilməsinə imkan verəcəkdir.
trend.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31