Qızılay Cəmiyyətindən müharibə şəraitindən qaçanlara yardım

Qızılay Cəmiyyətindən müharibə şəraitindən qaçanlara yardım

Türk Qızılay Cəmiyyəti İdlib və ətraf bölgələrdəki müharibə şəraitindən qaçaraq təhlükəsiz hesab etdikləri Türkiyə sərhəddindəki zeytun ağaclarının altına sığınan suriyalılara çadır, soba və ərzaq yardımı edib.

Olaylar.az bildirir ki, Qızılay Cəmiyyəti İdlib və ətrafındakı qarşıdurmalardan qaçaraq zeytun ağaclarının altına sığınan suriyalılara yardım əlini uzadıb. Təhlükəsiz hesab etdikləri Türkiyə sərhəddinin yaxınlığında yerləşən Məşhəd Ruhin bölgəsindəki zeytun bağlarına sığınan suriyalı ailələrə Qızılay Cəmiyyəti tərəfindən çadırlar və sobalar quraşdırılıb. Uşaqlara peçenye və şokolad paylanıb. Türk Qızılay Cəmiyyəti həmçinin Afrin və Cinderes bölgələrində çadır quraşdırmağa və humanitar yardımlara davam edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31