Aralarında 18 yaş fərq olan məşhur cütlük evlənir
Aralarında 18 yaş fərq olan məşhur cütlük evlənir
18 Fevral 2020 11:50 DünyaTürkiyəli komediya ustası Cem Yılmaz özündən 18 yaş kiçik aktrisa sevgilisi Serenay Sarıkaya ilə evlənməyə hazırlaşır.
Bu barədə "Posta" məlumat yayıb.
Bildirilib ki, Afina tətilindən yenicə qayıdan cütlük nikah masasına oturacaq.
Qeyd edək ki, Cem Yılmaz ilk dəfə aktrisa Ahu Yağtu ilə ailə qurub. Kamal adlı oğul sahibi olan cütlük 2013-cü ildə boşanıb. Yılmaz son olaraq aktrisa Defne Samyeli ilə dillər əzbəri olan sevgi macərası yaşayıb. Serenay Sarıkaya isə həmkarı Kerem Bursinlə 3,5 illik münasibətdə olub. Lakin cütlüyün evlənmək fikri olmayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31