Övladını onlayn satan ana həbs olundu

Övladını onlayn satan ana həbs olundu

Rusiyada övladını internet üzərindən satmaq istəyən Lyudmila Nefedova adlı qadın azadlıqdan məhrum edilib.

Olaylar.az APA-ya istinadən xəbər verir ki, Moskva məhkəməsi insan alveri ilə məşğul olan 24 yaşlı qadına 4 il yarım həbs cəzası verib.

Qeyd edək ki, əslən qırğız olan Lyudmila Nefedovanın 3 övladı var. Ana həbs olunduqdan sonra övladları nənəsinin himayəsinə verilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31