Gürcüstanda yanmış avtomobildə meyit aşkarlandı
Gürcüstanda yanmış avtomobildə meyit aşkarlandı
17 Fevral 2020 18:48 DünyaGürcüstanın Qardabani rayonunun azərbaycanlıların yaşadığı Qaracalar kəndində mərkəzi yolun kənarında yanmış avtomobil aşkar olunub.
"Report"un yerli bürosu xəbər verir ki, maşında kişi meyiti tapılıb.
Avtomobilin taksi kimi fəaliyyət göstərdiyi bildirilir.
Hadisənin bədbəxt hadisə və ya qətl olması hələ məlum deyil. Maşının ətrafında yerdə qan izləri müəyyən olunub.
Hadisə yerinə ekspert-kriminalistlər cəlb olunublar. Nəqliyyat vasitəsi ekspertiza bürosuna aparılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31