Koreyada 3 il əvvəl ÖLƏN QIZI DİRİLTDİLƏR — VİDEO

Koreyada 3 il əvvəl ÖLƏN QIZI DİRİLTDİLƏR — VİDEO

Müasir kompüter texnologiyalarının köməyi ilə mərhumu "diriltmək" mümkün olub.

Cənubi Koreyada ölü insanı "diriltmək" üçün inanılmaz bir təcrübə aparılıb.

Təcrübənin təşəbbüskarları VR texnologiyasından istifadə edərək, Koreyalı qadının 3 il əvvəl vəfat etdiyi qızı ilə görüşməsinə imkan yaradıblar.  Tərtibatçılar inanılmaz dərəcədə uşağın görünüşünü hətta qızın səsini dəqiqliklə canlandıra biliblər. Layihə üzərində təxminən 8 ay iş gedib. Buna uşağın video və foto görüntüləri kömək edib. Mütəxəssislər onun davranışlarını, vərdişlərini və jestlərini diqqətlə araşdırıblar.

Ölən qızı ilə görüşmək üçün ana, xüsusi kompüter texnologiyası ilə təchiz olunmuş maska və toxunuş hiss etməyə imkan verən əlcək taxıb. Bu alətlər qadına qızı ilə görüşməyə imkan verib.

Женщина встретилась с умершей дочерью в виртуальной реальности

Koreyalı ana qızı ilə virtual aləmdə görüşüb , söhbət edib, parkda gəzintiyə çıxıb. Hətta ad gününü qızı ilə bir yerdə qeyd edib.

Ətraflı videoda izləyə bilərsiniz:

Ölkə.Az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31