Arvadını döydü, qayınatasını güllələdi

Arvadını döydü, qayınatasını güllələdi

Türkiyənin İzmir şəhərində G.Ö. adlı şəxs qayınatasını silahla vurub.

Olaylar.az  oxu.az-a istinadən xəbər verir ki, hadisə İzmirin Ödəmiş rayonunda baş verib. 37 yaşlı kişi qayınatasının olduğu məkana daxil olaraq atəş açıb. Nəticədə, 58 yaşlı qayınata - S.D. və başqa bir müştəri ağır yaralanıb.

Hadisənin səbəbi bəlli olmasa da, G.Ö.-nün bir neçə gün əvvəl həyat yoldaşını döydüyü və qadının atasının evinə sığındığı qeyd olunur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31