Moskva Polis İdarəsinin rəisi istefa verdi

Moskva Polis İdarəsinin rəisi istefa verdi

Moskva Polis İdarəsinin rəisi, general-mayor Sergey Plaxix təqaüdə çıxması ilə əlaqədar istefa verib.

Bu barədə məlumatı RBK nəşri Daxili İşlər Nazirliyinin Moskva polis idarəsindəki mənbəyə istinadən yayıb.

Güman edilir ki, Plaxixin yerinə general-mayor İqor Zinovyev gətiriləcək və onun vəzifəsini isə Odintsovo şəhər dairəsindəki polis idarəsinin rəisii Aleksey Şkolkin tutacaq.

General Sergey Plaxixin 56 yaşı var. 2016-cı ildən 2017-ci ilədək Kaluqa vilayətində Daxili İşlər Nazirliyinin Regional şöbəsinə rəhbərlik edib. Bundan sonra Moskva polisinin rəisi təyin edilib.

KONKRET.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31