“Bizimlə yox, onlarla danış” – Peskovdan Zelenskiyə

“Bizimlə yox, onlarla danış” – Peskovdan Zelenskiyə

"Ukrayna Prezidenti Vladimir Zelenskinin Donbasda birgə patrul xidməti barədə təklifi tanınmamış Luqans və Donetsk respublikaları ilə müzakirə olunmalıdır, lakin Kiyev dialoqa hazır olduğunu göstərmir".

Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

"Bu, yeni bir təşəbbüsdür və əlbəttə ki, nəzərdən keçirmək üçün tanınmamış respublikaların rəhbərliklərinin rəyini nəzərə almaq, mövqelərini başa düşmək üçün onlarla danışmaq lazımdır. Amma Kiyev onlarla dialoqa başlamağa hazır olduğunu göstərmir", - Peskov jurnalistlərə deyib.

Vladimir Zelenski Münhen Təhlükəsizlik Konfransında çıxışı zamanı Rusiyaya işğal altında olan Donbas bölgəsində (Luqansk və Donetsk) birgə patrul xidmətinin həyata keçirilməsini təklif edib.

Rusiya Dövlət Duması Zelenskinin təklifini yüksək qiymətləndirib.

Teleqraf.com

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31