Sərhəddəki uşaqların Mehmetcik sevgisi

Sərhəddəki uşaqların Mehmetcik sevgisi

Hatayın Reyhanlı qəsəbəsinin sərhəd məhəllələrində yaşayan uşaqlar bölgədə xidmət edəcək əsgərləri bayraqla qarşılayaraq, ruh yüksəkliyi yaradıblar.

Olaylar.az bildirir ki, İdlib və Hatayla sərhəddəki nöqtələrə dəstək məqsədilə göndərilən hərbi texnikanın Reyhanlı qəsəbəsinə yeridilməsi davam edərkən, sərhəd məhəllələrində uşaqların türk əsgərinə böyük sevgiylə yanaşması müşahidə olunur. Demək olar ki, hər gün onlarla texnika və hərbçinin gəldiyi Oğulpınar məhəlləsində uşaqlar soyuq havaya baxmayaraq əsgərlərə dəstək olmaq üçün küçələrə çıxırlar. Əllərində bayraqlarla əsgərləri salamlayan uşaqlar onları evlərindən gətirdikləri çaya və şirniyyata qonaq edirlər. Uşaqların sevgisinə laqeyd qalmayan türk əsgəri isə onlarla xatirə fotoşəkli çəkdirərək şokolad paylayır. Əsgərlər hərdən uşaqların istəyini rədd etməyib onlarla oyun da oynayırlar.

"Onlar üçün dua edirik". Bu fikirləri məhəllə sakinlərindən biri olan 11 yaşlı Furkan Şanverdi bir müddətdir məhəllələrindən əsgərlərin keçdiyini söyləyib. Şanverdi onları çox sevdiklərini ifadə edərək, bildirib ki, əsgərlər keçdiyi zaman küçələrə çıxırıq: "Əgər gözləyirlərsə evdən çay gətiririk. Allah onları qorusun və kömək olsun. Onlar üçün dua edirik" - deyə bildirib. Əhməd Şanverdi də qəsəbələrində türk əsgərini görməkdən çox məmnun olduqlarını deyib. 9 yaşlı Şanverdi evindəki türk bayrağını əsgərə hədiyyə etdiyini söyləyib: "Biz onlara çay verdik. Onlar da bizə şokolad verdilər. Əsgərlərimizi çox sevirik, onlar üçün dua edirik."

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31