Hansı ölkənin nə qədər nüvə silahı var? – Qorxudan rəqəmlər (FOTOLAR)

Hansı ölkənin nə qədər nüvə silahı var? – Qorxudan rəqəmlər (FOTOLAR)

Nüvə silahları, beynəlxalq əlaqələrdə həmişə müzakirə mövzusu olub. Bu silahlar istifadə edilməsə də qorxuducu təsirinin olduqca güclü olduğu qəbul edilir. Bəs hansı ölkədə nə qədər nüvə silah var?

Olaylar.az bildirir ki, dünyada nə qədər nüvə silah olduğu tam bilinmir. Müxtəlif araşdırma təşkilatları bir-birinə yaxın fərqli ədədlər təqdim edir. Bu ədədlər göstərir ki, nüvə silahının sayı təxminən 14 min 955 qədərindədir. Bu silahlar qorxuducu güc olaraq görülür və ona sahib ölkələr hərbi güc olaraq digər ölkələr üzərinə ciddi təzyiq və hakimiyyət qururlar.

Stokholm Beynəlxalq Sülh İnstitutu (SIPRI) və Amerikan Alimləri Federasiyasına (FAS) görə 9 ölkədə nüvə silah var.

  • Siyahının ən başında 6 min 850 nüvə başlığına sahib Rusiya dayanır. Putin, müdafiə naziri və Baş qərargah Başçısı ilə birlikdə təxminən 11 kq ağırlığında bir Cheget (nüvə çantası) daşıyır. Ümumi nüvə döyüş başlığı: 4.480, Aktif döyüş başlığı: 1.600-dür.

Rusiyanın ilk nüvə sınağı 1949-ci ildə "RDS-1" kod adlı nüvə bombasıdır.

  • İkinci yerdə qərarlaşan ABŞ-ın 6 min 450 nüvə silahı var. ABŞ prezidenti Donald Trump Konqreslə məshətləşmədən nüvə mərmisi atmaq səlahiyyətinə sahibdir. Ümumi nüvə döyüş başlığı: 4.804, Aktif döyüş başlığı: 2.104-dür.

ABŞ-ın ilk nüvə sınağı 1945-ci ildə "Trinity" kod adlı nüvə bombasıdır.

  • İlk nüvə sınağını 13 fevral 1960 tarixində reallaşdıran Fransa, 24 avqust 1968-ci ildə isə hidrogen bombası əldə edib. Ümumi nüvə döyüş başlığı: 300, Aktif döyüş başlığı: 290-dır.

  • İlk nüvə sınağını 3 oktyabr 1952-ci ildə reallaşdıran  Böyük Britaniya , 8 noyabr 1957-ci ildə isə hidrogen bombası əldə edib.
  • Ümumi nüvə döyüş başlığı: 225, Aktif döyüş başlığı: 160-dır.

  • Çinin ümumi nüvə döyüş başlığı 250-dir, Aktif döyüş başlığı haqqında isə məlumat yoxdur.

Çinin ilk nüvə sınağı 1964-cü ildə 596 kod adı ilə nüvə bombasıdır.

  • Hindistanın da Aktif döyüş başlığı haqqında isə məlumat yoxdur, ümumi nüvə döyüş başlığı isə 110-dur.

Hindistanın ilk nüvə sınağı 1974-cü ildə "Smiling Buddha" kod adlı nüvə bombasıdır.

  • Nüvə silhaına sahib olan daha bir ölkə isə Pakistandır. Pakistanın ümumi nüvə döyüş başlığı 120-dir, da Aktif döyüş başlığı haqqında isə məlumat yoxdur. Pakistanın ilk nüvə silahı 1998-ci ildə "Chagai-I" kod adı nüvə bombasıdır.
  • İsrail bu gün qədər nüvə silahına sahib olub-olmadığı barəə heç bir açıqlama verməyib. Lakin, İsrailin 1979-ci ildə Vela peyklərindən, İsrailin Hind okeanının cənubundakı Şahzadə Edward Adaları yaxınlığında gizli olaraq nüvə sınağı etdiyi ortaya çıxmışdır.

  • Nüvə silahına sahib olan son ölkə isə Şimali Koreyadır. Bu ölkənin sahib olduğu ümumi nüvə silahı başlığı bilinmir. Lakin, Şimali Koreyanın ilk nüvə silahı sınağı  9 oktyabr 2006-ci il tarixində reallaşdırılıb.

 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31