Türkiyədə mühafizəçi məktəb direktorunu güllələdi
Türkiyədə mühafizəçi məktəb direktorunu güllələdi
17 Fevral 2020 14:45 DünyaTürkiyənin paytaxtı Ankaranın Etimesqut rayonunda yerləşən məktəblərdən birində silahlı insident baş verib.
Məktəbin mühafizəçisi tapançadan açdığı atəşlə təhsil müəssisəsinin direktorunu yaralayıb.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və təcili tibbi yardım briqadaları cəlb olunub.
Mühafizəçisi polisin təslim olmaq barədə çağırışına əməl etməyib və özünə atəş açaraq intihara cəhd göstərib. Nəticədə direktor və mühafizəçi ağır yaralanıblar. Hər iki yaralı xəstəxanaya yerləşdirilib.
Məlumata görə, insident onlar arasında yaranan mübahisə zəminində baş verib.
Faktla bağlı araşdırmalara başlanılıb.
report.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31