BƏƏ Hərbi Qüvvələri Yəməndə 200 000 əsgərə təlim keçdi

BƏƏ Hərbi Qüvvələri Yəməndə 200 000 əsgərə təlim keçdi

Birləşmiş Ərəb Əmirlikləri BƏƏ Hərbi Qüvvələrinin üzvlərini rəsmi mərasimdə onların Yəməndən qayıtmağı münasibətilə qarşılamışdır. Olaylar.az bildirir ki, Abu Dabidə "sədaqətli şahinlər" adlanan bu minlərlə hərbçi ölkə rəhbərliyinin iştirak etdiyi tədbirdə şərəflənmişdir.

Abu Dabi Vəliəhd Şahzadəsi və Hərbi Qüvvələrin Ali Baş Komandanının Müavini Zati-Aliləri Şeyx Mohamed bin Zayed demişdir ki, BƏƏ " daha yaxşı həyat və daha yaxşı sabah üçün regionun inkişaf ümidinə dəstək verərək, sülh və sabitliyə körpü olaraq qalacaq". Birləşmiş Ərəb Əmirliklərinin Vitse-Prezidenti və Baş Naziri, Dubay Hakimi Zati-Aliləri Şeyx Mohammed bin Rashid Al Maktoum hərbçilərin vətəndən uzaqda keçirdikləri hər saatın qürurunu vurğulayaraq, onların əməyini yüksək qiymətləndirmişdir.

Hərbçilər arasında BƏƏ Qırmızı Aypara əməkdaşları da olmuşdur. Onlar Yəməndə fəaliyyət göstərmişlər. Bu məqamda vurğulanmalıdır ki, BƏƏ Yəmən xalqını yalnız Husi qiyamçılarından qorumamış, həmçinin birbaşa olaraq Yəməndə 17 milyon şəxsin faydalandığı humanitar təşəbbüsləri həyata kçirmişdir. BƏƏ aprel 2015-ci il və iyun 2019-cu il arasındakı dövrdə Yəmənə 5.59 milyard dollar yardım təmin etmişdir.

Bu beş il ərzində Birləşmiş Ərəb Əmirlikləri 108 BƏƏ əsgərini qurban vermişdir. Eyni zamanda isə ərəb koalisiyasının tərkibi olaraq, 200 000 Yəmən əsgərinə təlim keçirilməsinə yardım etmişdir.

BƏƏ, eləcə də Regionun bir hissəsi, proqressiv ideyaların, davamlı inkişafın sülh və təhlükəsizliyin tərəfdarı olaraq, Əl-Qaida və silahlı qiyamçıları regiona dəvət edən qiyamçı qrupla mübarizədə koalisiyaya qoşulmuşdur. Beş il ərzində koalisiya qiyamçılar tərəfindən tutulmuş ərazilərin azad edilməsi üçün əmək sərf etmişdir və dəniz hücumlarından ölkəni əhatə edən dəniz keçidlərini qorumuşdur. BƏƏ Yəməndə BMT və digər diplomatik səylərə dəstək verməyə davam edəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31