Rusiya və Ukrayna əsirləri dəyişəcək

Rusiya və Ukrayna əsirləri dəyişəcək

Ukrayna və Rusiya arasında aprel ayına qədər 200-ə yaxın əsirin dəyişdirilməsi planlaşdırılır.

Bu barədə Ukrayna Xarici İşlər naziri Vadim Pristayko məlumat verib.

Onun sözlərinə görə, əsir dəyişdirilməsi "Hər kəsə qarşı hər kəs" prinsipi ilə həyata keçiriləcək.

Pristaykonun bildirdiyinə görə, proses apreldə keçiriləcək, Normandiya formatındakı görüşə qədər yekunlaşacaq.

Qeyd edək ki, əsirlərin dəyişdirilməsi barədə Ukrayna və Rusiya prezidentləri arasında razılıq ötən ilin 9 dekabrında baş tutmuş "Normandiya dördlüsü"nün görüşündə əldə edilmişdi.

BAKU.WS

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31