Çexiya baş naziri: "Bizi Çeçenistanla səhv salırlar"
Çexiya baş naziri: Bizi Çeçenistanla səhv salırlar
17 Fevral 2020 12:02 DünyaÇexiya Baş naziri Andrey Babiş "Vol Strit Jurnal" qəzetinə müsahibəsində ölkəsinin yeni adını tənqid edib.
Babiş Çexiyanın ingiliscə adının (Czechia) Çeçenistan (Chechnya) adına çox bənzədiyini bildirib.
"Çeçenistan və Çexiya adlarının qarışdırılıb-qarışdırılmayacağını bilmirəm. Bu, mənim xoşuma gəlmir. Biz Çex Respublikasıyıq, biz çexlərik. Mən bilmirəm ki, belə axmaq ideya kimin ağlına gəlib", - deyə o söyləyib.
Qeyd edək ki, Çex Respublikası adının Çexiya ilə əvəzlənməsinə 2016-cı ildə start verilib. Adın dəyişdirilməsi təşəbbüsü ilə Prezident Miloş Zeman çıxış edib.
axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31