Lukaşenko Rusiyaya diz çökməkdən imtina etdi
Lukaşenko Rusiyaya diz çökməkdən imtina etdi
14 Fevral 2020 18:35 DünyaBelarus baha qiymətə olsa da belə, Rusiyadan başqa ölkələrdən də xam neft almaqdan imtina etməyəcək.
Bunu Belarus prezidenti Aleksandr Lukaşenko bəyan edib.
Onun sözlərinə görə, Lukaşenko rusiyalı həmkarı Putinlə Soşi danışıqlarında Belarusun üçüncü ölkələrdən neft almaqda davam ecdəcəyinə işarə edib. "Baxmayaraq ki, digər ölkələrdən alınan neft Rusiaydakından daha baha başa gəlir"- o qeyd edib.
Lukaşenko onu da bəyan edib ki, Belarus hər ilin dekabrın 31-də diz çökməmək üçün digər ölkələrdən neft alacaq.
Lukaşanko deyib ki, Kreml ancaq Belarusun Rusiyaya birləşəcəyi təqdirdə enerji daşıyıcılarına vahid qiymtə tətbiq etməyi təklif edir. Belarus lideri əminliklə deyib ki, hər iki ölkənin xalqı bu yolu seçmir.
ölkə.az