Əfqanıstanda mədrəsə partladıldı - Şagirdlər həlak oldu
Əfqanıstanın şimalındakı Kunduz əyalətində törədilmiş partlayış nəticəsində 5 uşaq həlak olub.
Daha 3 nəfər xəsarət alıb.
Qeyd olunur ki, partlayış mədrəsədə törədilib. Hadisə qurbanları mədrəsənin şagirdləri olub.
Partlayışla bağlı məsuliyyəti üzərinə götürən təşkilat olmayıb.
trend.az