Gürcüstanda sərnişin qatarında yanğın - Sərnişinlər təxliyə edilib
Gürcüstanda sərnişin qatarında yanğın - Sərnişinlər təxliyə edilib
14 Fevral 2020 15:12 DünyaGürcüstanda Zuqdidi-Tbilisi sərnişin qatarında yanğın baş verib.
Yanğına kontakt şəbəkəsində baş verən qısaqapanma səbəb olub.
Qəza nəticəsində qatarın hərəkəti dayandırılıb və sərnişinlər alternativ yolla təyinat məntəqəsinə çatdırılıblar.
Sərnişinlər qatardan təxliyə edilib. Yanğın zamanı xəsarət alanların olmadığı bildirilir.
Qəzanın səbəbləri hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır.
trend.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31