Tramp bunu qadağan edə bilər

Tramp bunu qadağan edə bilər

"ABŞ prezidenti Donald Tramp öz administrasiyasının əməkdaşlarına digər ölkələrin liderləri ilə danışıqlarını dinləməyi qadağan edə bilər".

Olaylar.az Trend-ə istinadən xəbər verir ki, bunu D.Tramp "IHeart" radiostansiyasına müsahibəsi zamanı bildirib.

D.Tramp deyib: "Bu, onların uzun illər ərzində məşğul olduqları şeydir: sən digər ölkələrin liderlərinə zəng etdiyin zaman insanlar dinləyir. Mən bu təcrübəni tamamilə dayandıra bilərəm".

ABŞ prezidentinin sözlərinə görə, onun danışıqlarını təxminən 25 nəfər dinləyir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31