Ermənistanda hərbi maşın aşıb: 6 əsgər yaralanıb

Ermənistanda hərbi maşın aşıb: 6 əsgər yaralanıb

Ermənistanda hərbçilərin olduğu nəqliyyat vasitəsi qəzaya düşüb. Hadisə ötən gün baş verib. Belə ki, fevralın 13-də Muratsan hərbi hospitalından Sisyana əsgər aparan avtomobil idarəetməni itirərək yolun kənarına aşıb.

Nəticədə avtomobildə olan 6 əsgər yaralanıb. Xəstəxanaya çatdırılan əsgərlərin üçünün vəziyyəti ağırdır.

Qəzanın baş verməsinə yolların buz bağlaması səbəb olub. Faktla bağlı araşdırma aparılır.

Azvision.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31