Qarabağda 3 erməni əsgər özünə qəsd edib

Qarabağda 3 erməni əsgər özünə qəsd edib

Ermənistanın "Joxovurd" nəşri işğal altında olan Dağlıq Qarabağ bölgəsində intihar edən əsgərlər Tiqran Manvelyan və Tiqran Mxoyanla bağlı araşdırma aparıb.

Nəşr bildirir ki, Mxoyan eyni hərbi hissədə intihar edən yeganə hərbçi deyil. Ondan əvvəl bir dəfə də oxşar hadisə baş verib. 

Qeyd olunub ki, bu, eyni hərbi hissədə ikinci intihar hadisəsidir. Belə ki, yanvarın 28-də saat 02:55 radələrində 20 yaşlı əsgər Nver Avetisyan eyni hərbi hissənin müdafiə zonasında intihara cəhd edib. Son anda ölümdən xilas olan hərbi qulluqçu ağır xəsarətlər alıb. Əsgər ifadəsində bildirib ki, yaşamağın mənası yoxdur. Avetisyan hazırda xidmətini davam etdirir. Onun hərbi xidmətinin bitməsinə 6 ay qalıb.

"Fevralın 12-də yenidən iki əsgər - Tiqran Manvelyan və Tiqran Mxoyan intihar edib. Onların hər ikisi yanvarın 28-də intihara cəhd edən Nver Avetisyanla eyni ərazidəki hərbi hissələrdə xidmət ediblər. Məlum olur ki, bir həftə ərzində eyni hərbi hissədə əsgərlərdən biri intihara cəhd edir, lakin onu xilas edə bilirlər, digər əsgərlər isə ölürlər. Silahlı qüvvələrin Baş Qərargah rəisi Artak Davtyan nə düşünür?", - deyə erməni KİV-i yazıb.

Azvision.az 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31