Səudiyyə Ərəbistanında Sevgililər günü – Şeyxdən şok fətva

Səudiyyə Ərəbistanında Sevgililər günü – Şeyxdən şok fətva

2019-cu ildən bəri Səudiyyə Ərəbistanında Sevgililər günü ilə əlaqədar dəyişiklik küləkləri əsir. 2008-ci ildə bir bir fətva ilə qadağan olunan Sevgililər günü haqda qanunların yumşaldılması üçün addımların atılmasına başlanıldı.

Ölkə miqyasında yenidən Sevgililər günü ilə əlaqədar hədiyyələrin satışı təşkil edilir.

Güllər, oyuncaqlar, suvenirlər və müxtəlif hədiyyələr yenidən vitrinlərdə öz yerlərini alıb.

2008-ci ildə Əxlaq polisinin fətvası ilə Səudiyyə Ərəbistanında Sevgililər günü qadağan olunmuşdu. Restoranlar bu günü bəlli edə biləcək bəzək əşyalarından istifadə etməməsi barədə xəbərdar edildi. Məktəblərdə müəllimlər və şagirdlərin o gün qırmızı rəngli paltar geyinməsi qadağan olundu.

Səudiyyədə bu qadağaların qaldırılmasının ilk açıqlamasını ölkənin əhəmiyyətli dini fiqurlarından sayılan Şeyx Əhməd Qasım əl-Həmdi verib. Şeyx bu günün dini gün və "Quran"a qarşı olmadığını deyib.

Əl-Həmdi şahzadə Məhəmməd bin Salmana yaxşın şəxslərdən biridir.

Teleqraf.com

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31