Prezident məşhur təşkilatı zibil adlandırdı

Prezident məşhur təşkilatı zibil adlandırdı

Braziliya Prezidenti Jair Bolsonaru "Qrinpis" təşkilatını zibil adlandırıb.

Jurnalist prezidentdən "Qrinpis"in onu Amazon meşələri ilə bağlı yaradılan şuraya görə tənqidini şərh etməsini istəyib. Bolsonaro isə əvəzində sərt reaksiya verib və suala cavab verməkdən imtina edib.

"Qrinpis" adlanan iyrənclik nədir? Bu, zibildir, növbəti suala keçin", - deyə o, bildirib.

Qeyd edək ki, "Qrinpis" 40 ölkədə çalışan və məqsədi gəlir əldə etmək olmayan bir təşkilatdır. Təşkilat təbiətin mühafizəsi ilə məşğul olur.

axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31