DƏHŞƏT: Virusa yoluxan dövlət işçisi hamının gözləri qarşısında GÜLLƏLƏNDİ
14 Fevral 2020 10:03 DünyaŞimali Koreyada koronavirusla bağlı dəhşətli iddia ortaya atılıb.
Publika.az xəbər verir ki, virusa yoluxduğu ehtimal edilən dövlət işçisi karantin altına alınıb. Lakin o, karantin altında olarkən qaydaları pozub. İcazəsiz hamama girən şəxs nəzarətçi tərəfindən güllələnib. Həmin şəxsin Ticarət Nazirliyinin əməkdaşı olduğu bildirilir.
Hadisə zamanı həkimlər də karantin otağında olub. İddialara görə, adı açıqlanmayan şəxs Şimali Koreya lideri Kim Çen Inın Çinə səfəri zamanı onu müşayət edən heyət arasında yer alıb.
Qeyd edək ki, Çin ilə sərhədi olan Şimali Koreyada hələlik koronavirusa rast gəlinməyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31