“Nissan” şirkəti Karlos Qona qarşı 90 milyon dollarlıq iddia qaldırıb

“Nissan” şirkəti Karlos Qona qarşı 90 milyon dollarlıq iddia qaldırıb

Fevralın 12-də avtomobil istehsalı sahəsində tanınmış "Nissan" şirkəti Yaponiya məhkəməsinə müraciət edərək şirkətin direktorlar şurasının sabiq sədri Karlos Qonun avtokonsernə 90 milyon dollar məbləğində ziyan vurması barədə iddia qaldırıb.

AZƏRTAC xəbər verir ki, bu barədə şirkətin fevralın 13-də yaydığı bəyanatda bildirilir.

Xatırladaq ki, ötən ilin sonlarında Yaponiyadan qaçan K.Qon hazırda Livandadır.

"Nissan" şirkətinin iddiasında bildirilir ki, direktorlar şurasının keçmiş sədrinin uzun illər davam edən yarıtmaz rəhbərliyi və fırıldaqları nəticəsində şirkətə böyük ziyan dəyib.

Şirkət bəyan edib ki, Yaponiyadan qaçmasına baxmayaraq, K.Qonun məsuliyyətə cəlb olunması üçün lazım olan bütün hüquqi addımlar atılacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31