3 terrorçu təslim oldu
PKK terror təşkilatından qaçan daha 3 terrorçu təhlükəsizlik qüvvələrinə təslim olub.
13 Fevral 2020 15:48 DünyaPKK terror təşkilatından qaçan daha 3 terrorçu təhlükəsizlik qüvvələrinə təslim olub.
Olaylar.az bildirir ki, bu haqda Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
"PKK terrorçuları təhlükəsizlik qüvvələrimizin qətiyyətli əməliyyatları nəticəsində təslim olmağa davam edir. İraqın şimalından ve Suriyadakı sığınacaq yerlerinden qaçan digər üç PKK/YPG terrorçusu Şırnakın Silopi və Şanlıurfanın Suruç qəsəbələrindəki sərhəd məntəqələrimizə təslim olub", - deyə açıqlamada qeyd olunub.
Diyarbəkirdə HDP binası qarşısında aksiya keçiren analardan biri olan Xədicə Ceylan da bir gün əvvəl övladına qovuşub. Xədicə Ceylanın oğlu Cəfər bir dostu ilə terror təşkilatından qaçaraq təslim olub.