Sabiq polis rəisi Altuğ Verdinin öldürülməsində FETÖ izi aşkarlandı – 25 nəfər həbs edildi

Sabiq polis rəisi Altuğ Verdinin öldürülməsində FETÖ izi aşkarlandı – 25 nəfər həbs edildi

Türkiyənin Rizə vilayətinin polis idarəsinin sabiq rəisi Altuğ Verdini şəhid olan polis məmurunun qətlə yetrilməsində və  FETÖ-nün təşkilatlanmasında yer almaqda şübhəli bilinib. Olaylar.az bildirir ki, bu məqsədlə aparılan əməliyyat zamanı 25 nəfər saxlanılıb. İstanbul Baş Prokurorluğu tərəfindən aparılan istintaqda, 11 dekabr 2018-ci il tarixində vəzifə yerinin dəyişildirilməsini tələb edən və mənfi cavab aldığı iddiası ilə polis idarəsinin binasında təşkil edilən silahlı hücumda Rizə vilayətinin polis idarəsinin rəisi Altuğ Verdini şəhid edən, kadrlar şöbəsinin müdiri Ercan Polad ilə mühafizə polisi Yiğitcan Köksalı da yaralayan polis işçisi İsmail Hakkı Sarıcaoğlunun Fetullahçı Terror Təşkilatı ilə əlaqəsi olduğu müəyyən edilib. Sarıcaoğlunun ələ keçirilən mobil telefonu, elektron poçt və sosial şəbəkə hesablarında edilən araşdırmalar zamanı təşkilatın digər üzvləri də müəyyənləşdirilib. Təşkilatlanmada polis, həkim, araşdırmaçı, müəllim və fəaliyyəti dayandırılan Cihan Xəbər Agentliyinin də əməkdaşı daxil olmaqla 27 nəfərin olduğu məlum olub. Bununla bağlı Baş Prokurorluq 9-u polis, 1-i həkim, 4-ü müəllim olmaqla 27 nəfər haqqında həbs qəti imkan tədbiri qərarı çıxardıb.

İstanbul Təhlükəsizlik İdarəsinin Qaçaqçılıq Mübarizəsi şöbəsi Müdirliyinin əməkdaşları tərəfindən şübhəlilərin tutulması üçün İstanbul, Adana, Bursa, Rizə, Samsun, Trabzon və Nevşehir şəhərlərində əməliyyat başlanıb. Qaçaqçılıq və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Müdirliyi və Milli İstihbarat Təşkilatı (MİT) İstanbul regional şöbəsinin kookrdinatorluğu ilə həyata keçirilən əməliyyat çərçivəsində 25 nəfərin saxlandığı və 2 nəfərin ölkə xaricinə qaçdığı müəyyən edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31