Nigeriyada terror hücum- 21 ölü
Nigeriyada terror hücum-21 ölü
13 Fevral 2020 12:19 DünyaNigeriyanın Kadun ştatında terror aktı törədilib.Silahlı quldurlar Bakali kəndinə hücum ediblər. 100-ə yaxın silahlı quldur yerli sakinlərə atəş açıblar. Onlarla ev, avtomobil və taxıl anbarına od vurulub.
Hücum nəticəsində ən azı 21 nəfər həlak olub. Onlar arasında qadınlar və uşaqlar var. Bir çox kənd sakini xəsarət alıb və əsir götürülüb.
Ştat polisinin nümayəndəsi Məhəmməd Cəlicə qeyd edib ki, hücuma görə, heç bir terror qruplaşması məsuliyyəti öz boynuna götürməyib. Amma hökumət bu hücumda "Boko Haram" qruplaşmasını şübhəli bilir.
Sonxeber.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31