Venesuelada Quaidonun dayısı bomba ilə saxlanıldı

Venesuelada Quaidonun dayısı bomba ilə saxlanıldı

Venesuela hökuməti müxalifət lideri Xuan Quaidonun dayısını saxlayıb.

Bunu Venesuela parlamentinin spikeri Lioslalo Kabelo VTV televiziyasına müsahibəsində deyib. Onun sözlərinə görə, hökumət Quaidonun dayısını "TAP Portugal" aviaşirkətinin təyyarəsi ilə ölkəyə partlayıcı maddə daşımağa cəhddə ittiham edib. O, saxlanılan şəxsin Xuan Xose Markes olduğunu bildirib.

Markesin saxlanılan yükündə partlayıcı ilə bərabər yaddaş kartları da aşkarlanıb. Kabelo bu kartlarda ingilis dilində məxfi məlumatların saxlanıldığını bildirib.

Axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31