Türk ordusu əsgərlərinin qanını yerdə qoymur - Türkiyə Milli Müdafiə Nazirliyi AÇIQLADI
Türk ordusu əsgərlərinin qanını yerdə qoymur - Türkiyə Milli Müdafiə Nazirliyi AÇIQLADI
13 Fevral 2020 11:23 Dünya"Türk ordusu əsgərlərinin qanını yerdə qoymur". Olaylar.az bildirir ki, bu açıqlamanı Türkiyə Milli Müdafiə Nazirliyi yayıb.
Açıqlamada qeyd olunur ki, müxtəlif mənbələrdən alınan son məlumatlara görə İdlib bölgəsində dünən 55 rejim ünsürü zərərləşdirilib.
Milli Müdafiə Nazirliyinin ötən gün yayılan açıqlamasında isə Suriyanın İdlib bölgəsində rejim qüvvələrinin hücumu nəticəsində 5 türk əsgərinin şəhid olmasından sonra 115 rejim hədəfinə atəş edilərək 101 rejim ünsürü zərərsizləşdirilib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan partiyasının dünən keçirilən qrup toplantısında çıxışı zamanı bildirib ki, bu gündən etibarən müşahidə nöqtələrindəki və ya digər yerlərdəki əsgərlərimizə zərrə qədər ziyan dəyərsə İdliblə və Soçi razılaşmasına bağlı qalmadan rejim güclərini hər yerdə zərbə vurulacaq.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan həmçinin, rejim və onlarla birlikdə hərəkət edən Rusiya qüvvələri ilə İranın dəstəklədiyi yaraqlıların davamlı olaraq mülki əhaliyə hücum etdiyini və bu qüvvələrin İdlibdə qətliam törədib qan tökdüyünü xüsusilə vurğulayıb.