Kadırov 23 yaşlı qardaşı oğlunu nazir təyin edib

Kadırov 23 yaşlı qardaşı oğlunu nazir təyin edib

Rusiyanın Çeçenistan respublikasının rəhbəri Ramzan Kadırov 23 yaşlı qardaşı oğlu Həmzət Kadırovu idman naziri təyin edib.

Olaylar.az bildirir ki, bu barədə Çeçenistan rəhbəri sosial şəbəkədə yazıb.

Həmzət Kadırov bu posta təyin edilənədək Kurçaloyev rayonunun rəhbəri olub.

Qeyd edək ki, Həmzət Kadırov Ramzan Kadırovun 2004-cü ildə ölən böyük qardaşı Zəlimxan Kadırovun oğludur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31