Bütün nazirlərin məvacibləri 50 faiz azaldılır

Bütün nazirlərin məvacibləri 50 faiz azaldılır

Kosovada Baş nazir və bütün nazirlərin məvacibləri 50 faiz azaldılacaq.

Bu barədə Kosova hökumətindən açıqlama verilib. Bildirilib ki, qərar növbəti aydan etibarən qüvvəyə minəcək.

Qeyd edək ki, Avropanın kasıb ölkələrindən olan Kosovada nazirlərin məvacibləri iki il əvvəl iki dəfə artırılmışdı. Bu isə sakinlərin etirazına səbəb olub.

publika.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31