Dünyanın ən yaşlı adamının adı açıqlanıb

Dünyanın ən yaşlı adamının adı açıqlanıb

Hazırda 112 yaşı olan yaponiyalı Titetsu Vatanabe dünyanın ən yaşlı insanı kimi Ginnesin Rekordlar Kitabına düşüb.

Bu barədə Yaponiyanın "Kyodo" agentliyi məlumat yayıb.

Bildirilib ki, Vatanabe 1907-ci il martın 5-də kəndli ailəsində anadan olub. O, 20 yaşı olarkən Tayvana köçüb və yalnız 18 ildən sonra Yaponiyaya qayıdıb. Hazırda rekordçu yeni statusu haqqında sertifikat aldığı Niiqata şəhərindəki qocalar evində yaşayır.

Vatanabeyə qədər dünyanın ən yaşlı adamı statusu Hokkaydo adasından olan Masadzu Nonakada idi. O, 2019-cu il yanvarın 20-də 113 yaşında ölüb.

report.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31