Yenə də təyyarə qəzası
12 Fevral 2020 18:13 DünyaPakistan Hərbi Hava Qüvvələrinə məxsus təyyarə qəzaya uğrayıb. Bu barədə ARY News televiziya kanalı məlumat yayıb.
Məlumata görə, Pakistan Hərbi Hava Qüvvələrinə məxsus təyyarə ölkənin şimal-qərbində, Mardan rayonunda qəzaya uğrayıb. Qəza zamanı pilotlar sağ qalıb.
Qeyd olunur ki, Cessna T-37 Tweet qəzaya uğrayan zaman təyyarədə iki pilot olub və onlar sağ qalıblar.
Təyyarənin təlim uçuşu etdiyi qeyd olunur.
sia.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31