Pakistanda hərbi təyyarə qəzaya uğrayıb - VİDEO
Pakistan Hərbi Hava Qüvvələrinin (HHQ) təyyarəsi Mərdan şəhərində qəzaya uğrayıb.
Bu barədə "ARY News" xəbər yayıb.
Bildirilir ki, "Cessna T-37" təyyarəsinin göyərtəsində iki pilot olub. Onlar sağ qalıblar.
Hava gəmisinin təlim uçuşu zamanı qəzaya uğradığı bildirilir.
oxu.az