Qasim Süleymani və Əbu-Mehdi əl-Mühəndisin 40 mərasimi keçirilib

Qasim Süleymani və Əbu-Mehdi əl-Mühəndisin 40 mərasimi keçirilib

İran və İraqda ABŞ tərəfindən terror edilən general Qasim Süleymani və Əbu-Mehdi əl-Mühəndisin 40 mərasimi keçirilib.

Ötən gün Bağdad, Nəcəf və Kərbəla şəhərləri də daxil olmaqla İraqın bir sıra şəhərlərində ABŞ tərəfindən terror edilmiş general Qasim Süleymani, Əbu-Mehdi əl-Mühəndis və digər 8 iraqlı və iranlı hərbçinin 40 mərasimi keçirilib.

Bağdad və Nəcəfdə keçirilən 40 mərasimlərinə xarici dövlətlərin nümayəndələri də qatılıb.

Eyni zamanda ötən gün İranda İslam İnqilabının 41-ci ildönümülə bağlı keçirilən nümayişlər Qasim Süleymaninin qırxına təsadüf etdiyindən bu mitinqlərdə intiqam çağırışları və ABŞ-a ölüm şüarları səsləndirilib.

Ötən gün İranda keçirilən nümayişlərin yekun bəyanatında Qasim Süleymaninin intiqamının lazımi şəkildə alınması tələb edilib.

Qeyd edək ki, Ayətullah Xamenei İranın ABŞ-ın İraqdakı bazasına hücumundan sonra, bunun "yalnız bir şillə" olduğunu bildirmiş və Qasim Süleymaninin intiqamının əcnəbi qüvvələrin İraqdan çıxarılması olduğunu vurğulamışdı.

INTERAZTV.COM

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31