Türkiyə elektron simkartın tətbiqinə başlayacaq – e-SİM adi SİM kartdan nə ilə fərqlənir?
Türkiyə elektron simkartın tətbiqinə başlayacaq – e-SİM adi SİM kartdan nə ilə fərqlənir?
12 Fevral 2020 15:03 DünyaTürkiyədə elektron simkartın tətbiqinə başlanılacaq.
Olaylar.az türk mediasına istinadən bildirir ki, bu barədə açıqlamanı ölkənin nəqliyyat və infrastruktur nazirinin müavini Ömər Fateh Sayan verib.
Konkret tarix açıqlamayan nazir müavini 2020-ci il ərzində Türkiyənin e-simkartla tanış olacağını deyib.
Bəs e-sim istifadəçilərə nə verəcək?
Elektron SIM kart, yaxud e-SİM rabitə cihazına quraşdırılmış çipdir. e-SİM texnologiyası mobil şəbəkələrə qoşulmaq üçün ənənəvi SİM kartların istifadəsindən imtina etməyə imkan verir. Bu texnologiya tətbiq edildiyi zaman yalnız operator deyil, uyğun tarif paketini seçmək də mümkün olur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31