Çinin baş diplomatı Münhendə - Koronavirusla mübarizədən danışacaq
Çinin baş diplomatı Münhendə - Koronavirusla mübarizədən danışacaq
12 Fevral 2020 14:56 DünyaÇin Xalq Respublikasının Xarici İşlər naziri Van İ fevralın 13-dən 15-dək 56-cı Münhen Təhlükəsizlik Konfransında iştirak edəcək. Onun konfransdakı çıxışının əsas mövzusu koronavirusla mübarizə ilə bağlı olacaq.
Bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Qen Şuan keçirdiyi onlayn-brifinqdə məlumat verib.
"Alman tərəfinin dəvəti ilə Çinin Xarici İşlər naziri Van İ 13-15 fevral tarixlərində 56-cı Münhen Təhlükəsizlik Konfransı və diplomatiya və təhlükəsizlik mövzusunda V Çin-Alman strateji dialoqunda iştirak etmək üçün Almaniyaya səfər edəcək", - deyə diplomat bildirib.
Onun sözlərinə görə, nazir Çin hökuməti və xalqının yeni növ koronovirusun yayılması ilə mübarizədəki səyləri və nəticələri barədə məlumat verəcək:
"Epidemiya ilə mübarizə üçün beynəlxalq əməkdaşlığı təşviq etmək ehtiyacı barədə danışacaq. Ümid edirik ki, beynəlxalq birliyin daha dərin anlayışına və hərtərəfli dəstəyinə nail ola bilərik".
Sayca 56-cı olan Münhen Təhlükəsizlik Konfransı 14-16 fevral tarixində Bavariyada keçiriləcək.