Demokratların iki namizədi seçkidən imtina etdi
Demokratların iki namizədi seçkidən imtina etdi
12 Fevral 2020 14:51 DünyaAmerikalı demokrat senator Maykl Bennet ABŞ prezidentliyinə namizədlikdən imtina edib.
Bu məlumatı o öz Tvitter səhifəsində yayıb.
Bennetlə bərabər sahibkar Endryu Yanq da namizədliyini geri götürüb. O, bu addımı seçkidə qalib gəlmək şansının olmadığı üçün atdığını bildirib.
Qeyd edək ki, bundan öncə Nyu Hempşir ştatında Demokratlar Partiyasının namizədləri arasında keçirilən ilkin seçkidə qələbəni Berni Sanders qazanıb. Ondan sonrakı yerdə Pitt Butticiç, Emi Klobuşar, Elizabet Uorren və Cozef Bayden tutub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31