Türkiyə “qara qutu”ları Almaniyaya göndərdi
Türkiyə “qara qutu”ları Almaniyaya göndərdi
12 Fevral 2020 14:11 Dünyaİstanbulun Sabiha Gökçen Hava limanında 3 nəfərin ölümü ilə nəticələnən qəzadan sonra təyyarənin "qara qutu"ları bu gün Almaniyaya göndərilib.
"Qara qutu"lar Türkiyədən 3 nəfər və bir qrup amerikalı mütəxəssisin vasitəçiliyi ilə deşifrə edilməsi üçün Almaniyaya göndərilib.
Xatırladaq ki, fevralın 5-də "Pegasus" hava yollarına məxsus İzmir-İstanbul aviareysi üzrə hərəkət edən "Boeing 737-800" təyyarəsi dəniz üzərindən Sabiha Gökçen Hava limanında sərt eniş edərkən sürüşərək zolaqdan çıxıb və 3 hissəyə parçalanıb. Nəticədə 3 nəfər həyatını itirib, 179 nəfər xəsarət alıb.
Qəzada ölən üç qadının (Zehra Bilgi Koçar, Alev Gençoğlu və Songül Bozkurt) yanaşı əyləşdiyi bildirilir.
qafqazinfo.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31