Niderlandda poçt bağlamalarında göndərilən iki bomba partladı
Niderlandda poçt bağlamalarında göndərilən iki bomba partladı
12 Fevral 2020 14:10 DünyaNiderlandın Kerkrad və Amsterdam şəhərlərində bu gün səhər poçt bağlamalarında gizlədilmiş iki ədəd bomba partlayıb.
Bu barədə Niderland İctimai Yayımları Şirkəti polisə istinadən məlumat yayıb.
Bildirilir ki, Kerkradda poçt şirkətinin çeşidləmə nöqtəsində bir bağlama partlayıb. Hadisə yerində olan işçilər və müştərilər təxliyyə ediliblər.
Amsterdamdakı partlayış səhər saat 8-dən əvvəl şəhərin qərb hissəsindəki poçt binasında baş verib.
İnsident nəticəsində heç kim zərər görməyib.
qafqazinfo.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31